DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda - Uruqvay ilə matçda (2:0) zədələnən Portuqaliya millisinin müdafiəçisi Nunu Mendeşin durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə 20 yaşlı Mendeşin sol ombasından ciddi xəsarət aldığı üçün 2 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.
Qeyd edək ki, Portuqaliya qrupdakı son oyununu dekabrın 2-də Cənubi Koreyaya qarşı keçirəcək.
Nihat