1/8 final mərhələsinə yüksələn Argentinanın baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin təqviminə görə FİFA-nı tənqid edib.
Fanat.Az xəbər verir ki, o, Polşa ilə qrupdakı son oyundan sonra keçirilən mətbuat konfransında iradlarını çatdırıb:
"Saat neçədir? Gecə yarısından az qala bir saat keçir. Yəni artıq bu gün məşqə çıxmalı, şənbə günü də oynamalıyıq. İki gündən bir oynamaq dəlilikdir. Düzü, təqvimi niyə belə qurduqlarını başa düşmürəm. Qrupda birinciyik, daha çox istirahət edə bilərdik. Şərtlər yaxşı deyil, amma hamı üçün belədirsə, neyləmək olar?
Bütün matçlar çətin keçir. Avstraliya ilə matçın asan olacağını düşünən yanılmışdır. Biz favorit deyilik. Polşanı məğlub etdiyimiz üçün dünya çempionu olacağımızı düşünmək yanlışdır”.
Qeyd edək ki, qrupda son oyununu Argentina ilə eyni gündə, lakin bir neçə saat əvvəl keçirən Avstraliya daha çox istirahət etmək imkanı qazanıb.
Mirağa