Yamaykalı sprinter Ronald Levi dopinqdə ilişib.
Fanat.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Atlet Milli Antidopinq Komissiyasından dopinq testinin nəticəsinin müsbət çıxması barədə mesaj aldığını etiraf edib.
“Ötən ayın əvvəlində testdən keçdim. Dopinq testinin müsbət çıxması ilə bağlı məlumatı alanda sadəcə, məəttəl qaldım. Hazırda mən B nümunəsinin nəticəsini gözləyirəm. Dürüstlüyümü müdafiə etmək niyyətindəyəm. Əminəm ki, qaydaları pozsam belə, bu, huşsuz vəziyyətdə olub”.
Qeyd edək ki, 31 yaşlı Levi 2020-ci il Tokio Olimpiadasında 110 metr məsafəyə maneələrlə qaçışda bürünc mükafatçıdır.
Mirağa