Ukraynalı atlet Yaroslava Maquçix qadınlar arasında hündürlüyə tullanma üzrə 37 illik dünya rekordunu qırıb.
Fanat.Az xəbər verir ki, 22 yaşlı idmançı "Brilyant Liqa" yarışlarının Paris mərhələsində 2,10 m hündürlüyün öhdəsindən gələrək buna nail olub.
Əvvəlki rekordun sahibi bolqar Stefka Kostadinova idi. O, 1987-ci ildə İtaliyanın paytaxtı Romada keçirilmiş dünya çempionatında 2,09 m göstəriciyə imza atmışdı.
Tokio Olimpiadasında bürünc medal qazanmış Yaroslava Maquçix dünya və ikiqat Avropa çempionudur.