
Olimpiya Oyunlarında Cənubi Sudan və Puerto Riko arasında keçirilən basketbol matçından əvvəl səhv himn səsləndirilib.
Fanat.Az "Dailysports" nəşrinə istinadən xəbər verir ki, Cənubi Sudan himni əvəzinə Sudan himni səslənib.
Bu, tamaşaçıların təşkilatçılara etirazına səbəb olub. Azarkeşlər narazılıqlarını bayraqlar dalğalandıraraq, yanlış himn dayandırılana, düzgün olanı səsləndirilənə qədər qışqıraraq ifadə ediblər.
Paris Olimpiadasının təşkilatçıları "insan səhvinə" görə üzr istəyən bəyanat yayıblar. Lakin Cənubi Sudan komandasının üzvləri isə bunu səhv yox, hörmətsizlik adlandırıb.
Qeyd edək ki, bu, təşkilatçıların oxşar səhvə görə üzr istəməli olduğu ikinci haldır. Açılış mərasimində Koreya Respublikasından olan idmançılar Şimali Koreyanın nümayəndələri kimi təqdim olunub.
Mirağa