Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastı mübarizəyə başlayacaq, yunan-Roma güləşində ölkəmizi təmsil edən Həsrət Cəfərov isə bürünc medal uğrunda görüşə çıxacaq.
İlk olaraq bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq.
Ardınca sərbəst güləşçilər ilk görüşlərinə çıxacaqlar. Osman Nurmaqomedov (86 kq) Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gələcək. Əliabbas Rzazadə (57 kq) isə özbəkistanlı Qulomjon Abdullayevlə görüşəcək. Hər iki idmançımız 1/8 finaldan başlayacaq.
Həsrət Cəfərovun (67 kq) üçüncü yer uğrunda rəqibinin adına isə təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.
12:00. Bədii gimnastika, fərdi
Təsnifat mərhələsi, 1-ci hissə
Zöhrə Ağamirova
13:30. Sərbəst güləş, 57 kq
1/8 final
Əliabbas Rzazadə
13:30. Sərbəst güləş, 86 kq
1/8 final
Osman Nurmaqomedov
17:00. Bədii gimnastika, fərdi
Təsnifat mərhələsi, 2-ci hissə
Zöhrə Ağamirova
20:15. Yunan-Roma güləşi, 67 kq
Bürünc medal görüşü
Həsrət Cəfərov
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvandoçu Qasım Maqomedov gümüş medala yiyələnib. Boksçu Alfonso Dominqes (92 kq) da finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.