Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
Fanat.Az xəbər verir ki, 23 yaşlı idmançı bu dəfə halqalarla nəyə qadir olduğunu göstərməyə çalışıb.
Zöhrənin çıxışı 32,500 xala layiq görülüb. O, lent və gürzlə də çıxış edəcək. Təmsilçimiz indilik 5-ci sırada mövqe tutub.