Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, idmançımız yarımfinala gedən yolda macarıstanlı İsmail Muszukayevlə qarşılaşıb.
Üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev rəqibinə 3:10 hesabı ilə uduzub.
Buna baxmayaraq, Buna baxmayaraq Hacı medal şansını saxlayır. Belə ki, Muszukayev finala vəsiqə qazanacağı təqdirdə idmançımız bürünc uğrunda yarışmaq şansı əldə edəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.