Paris-2024-də Əlcəzairə Olimpiya qızılını qazanan qadın boksçu İmane Xelif "Instagram"da paylaşım edərək rinqdən kənarda necə göründüyünü göstərib.
Fanat.Az xəbər verir ki, olimpiada boyunca gündəmdə olan, kişi olmaqda ittiham olunan idmançı 2,1 milyon insanın izlədiyi səhifəsində paylaşdığı videoda gözəlliyini nümayiş etdirib.
Xelif Paris-2024-də gender mübahisəsinin mərkəzində olan, yəni cinsini dəyişməkdə ittiham olunan iki qadın boksçudan biri idi. Ötən il Beynəlxalq Boks Assosiasiyası (IBA) tərəfindən İmane Xelifin yüngül çəki dərəcəsində Dünya Çempionatında iştirakına qadağa qoyulsa da, Olimpiya Komitəsi onun qadınlar arasında yarışmasına icazə verib. Amma onun DNT testlərinin XY xromosomlarına və artıq testosterona malik olduğu üzə çıxmışdı. Buna görə çoxları onu əslində kişi olmaqda ittiham edir.
O, 66 kiloqram çəki dərəcəsində turnirin qalibi olub. Misirli finalda çinli Liu Yanqa qalib gəlib.
Mirağa