Mayamidə (ABŞ) təşkil edilən Formula 1 Qran Prisi olduqca baxımlı alınıb. Söhbət yalnız mübarizənin effektivliyindən getmir. Bu yarış tamaşaçı kimi iştirak edən "qaymaqlar"ın sayına görə daha yaddaqalan olub.
Fanat.Az xəbər verir ki, F 1-in əsl pərəstişkarı, yerli "İnter Mayami" klubunun prezidenti və sahibi Devid Bekhem də izləyicilər arasında yer alıb.
"Mercedes"in pit-boksu Qran Prinin ən epik fotosu ilə gündəm olub. Aşağıdakı şəkildə 4 idman əfsanəsi var: 7 F1 titulu sahibi Luis Hamilton, 7 NFL titulu sahibi Tom Bredi, 6 NBA titulu sahibi Maykl Cordan, 6 İPL qızıl medalı, Çempionlar Liqası kuboku, 2 Olimpiya qızıl medalı qazanmış Devid Bekhem.
Bekhem "Red Bull" komandasının rəhbəri Kristian Hornerlə görüşməyi də unutmayıb:
Ulduz veteran yarışdan sonra "Ferrari" komandasının pilotu Şarl Leklerlə tennisbol oynayıb:
"Real Madrid"in sabiq yarımmüdafiəçisi yarışı oğlu Bruklinlə birgə izləyib:
Emin