Britaniyanın əfsanəvi idman avtomobili istehsalçısı "Aston Martin" 1913-cü ildə təsis edilib və onun ilk avtomobilləri 1922-ci ildə Formula 1-in Fransa Qran Prisinə çıxıb.
Fanat.Az Formula 1-in rəsmi saytına istinadən xəbər veri ki, "Aston Martin"in bu yarışda debüt etməsinin 100-cü ildönümünün şərəfinə bolidlərdə şirkətin tarixi loqoları əks olunub.
“Bu həftəsonu, Fransa Qran Prisində debütümüzün 100 illiyi şərəfinə AMR22 avtomobilləri brendin orijinal loqoları altında yarışacaq. Biz çox qürur duyduğumuz avtoidman irsimizi belə qeyd edirik”, - deyə komanda bildirib.
Emin