Petrovaçda (Monteneqro) qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda 14 azərbaycanlı iti zəka sahibi iştirak edir. Bunlar Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Mələk İsmayıl, Nərmin Abdinova, Nazlı Hümbətova və Lalə Hüseynovadır.
Yarış İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və yayda Bakıda keçiriləcək Dünya Kubokuna seçim xarakteri daşıyır. Gülnar Məmmədova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva daha əvvəl qitə birinciliklərinin nəticələrinə görə Dünya Kubokuna vəsiqə qazanıblar.
Qeyd edək ki, ötən il Avropa çempionatının nəticələrinə görə, Məmmədzadə gümüş, Fətəliyeva isə bürünc medal qazanıb.
Avropa çempionatı
5-ci tur
Elina Danielyan (Ermənistan) - Gövhər Beydullayeva 0,5:0,5
Günay Məmmədzadə – Sofiya Poqorelskix (Serbiya) 1:0
Ülviyyə Fətəliyeva - Laura Unuk (Sloveniya) 0:1
Xanım Balacayeva - Yelizaveta Xrebenşçikova (Ukrayna) 0:1
Nadya Tonçeva (Bolqarıstan) – Gülnar Məmmədova 1:0
Petra Keyzar (Sloveniya) – Türkan Məmmədyarova 0:1
Ləman Hacıyeva - Xəyalə Abdulla 0:1
Mələk İsmayıl - Yuliya Antolak (Polşa) 0,5:0,5
Səbinə İbrahimova - Nərmin Abdinova 0,5:0,5
Ayan Allahverdiyeva - Elena Tsotsonava (Gürcüstan) 0,5:0,5
Nazlı Hümbətova - Gülinay Aydın (Türkiyə) 0,5:0,5
Lalə Hüseynova - Katerina Petrovska (Şimali Makedoniya) 1:0
Turnir cədvəli: İrina Bulmaqa (Rumıniya), Oliviya Kiolbasa (Polşa) - hərəyə 4,5 xal, Bella Xotenaşvili (Gürcüstan), G.Beydullayeva - hərəyə 4 xal, G. Məmmədzadə - 3,5 xal.