Daşkənddə (Özbəkistan) Azərbaycan şahmatçılarının iştirakı ilə Georgi Aqzamovun xatirəsinə həsr olunmuş turnir davam edir.
Fanat.Az xəbər verir ki, üç turdan sonra Vüqar Rəsulov və Misrətdin İsgəndərov hərəyə 2 xal toplayıb. Rəsulov Ramazan Jalmaxanova (Qazaxıstan) məğlub olub, İsgəndərov isə Əli Kazımovla (Özbəkistan) heç-heçə edib.
Turnir cədvəlində Rəsulov 15-ci, İsgəndərov isə 20-ci yerdədir. Volodar Murzin (FİDE) 100% nəticə ilə liderdir.