Kiprin Nikosiya şəhərində Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirakı ilə təşkil olunan qadınlar arasında FIDE Qran-Prisinin dördüncü mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, turnirdə millimizin lideri ilə yanaşı, Nana Dzaqnidze, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Aleksandra Kostenyuk (İsveçrə), Tan Çonqyi (Çin), Bibisara Assaubayeva (Qazaxıstan), Harika Dronovalli (Hindistan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno, Polina Şuvalova (hamısı FIDE), Dinara Vaqner (Almaniya) və Oliviya Kiolbasa (Polşa) mübarizə aparır.
Ötən gün gün yarışda səkkizinci turun görüşləri baş tutub Günay bu turda Dronovali ilə üz-üzə gəlib və yenə rəqibi ilə heç-heçəyə razılaşıb.
Təmsilçimiz ilk turda O.Kiolbasa ilə qarşılaşıb və rəqibinə qalib gəlib. İkinci və üçüncü turlarda müvafiq olaraq Katerina Laqno və Polina Şuvalovaya (hər ikisi FIDE) yenilib. Dördüncü, beşinci və altıncı turlarda isə Assaubayeva, Çonqyi, Xotenaşvili və Qoryaçkina ilə "sülh bağlayıb". Hazırda o, 3,5 xalla turnir cədvəlində 8-10-cu yerləri bölüşdürür. Lider 5,5 xala malik Vaqnerdir.
Qran-Prinin dörd mərhələsi ərzində iştirakçılar reytinq xalları qazanır və seriyanın sonunda ən yaxşı iki şahmatçı Namizədlər Turnirinə vəsiqə qazanacaq. Məmmədzadə üçün bu, cari ildə ilk Qran-Pri turniridir.