Şarjada (BƏƏ) Azərbaycan şahmatçılarının iştirakı ilə “Masters” turniri davam edir.
Fanat.Az xəbər verir ki, 8-ci turda təmsilçilərimizdən Aydın Süleymanlı və Nicat Abasov oyunlarını heç-heçə başa vurublar. Birinci türkiyəli Mustafa Yılmazla, Nicat isə Mittal Aditya (Hindistan) ilə "sülh"ə razılaşıb. Hər iki şahmatçımızın 4,5 xalı olsa da, Süleymanlı 20-ci, Abasov isə 33-cüdür.
Məhəmməd Muradlı Aleksandr Predkeyə (FİDE) uduzaraq 65-ci pillədə qərarlaşıb (3 xal).
Misrətdin İsgəndərov isə Bartoş Soçko (Polşa) üzərində qələbə qazanaraq xalını 2,5-ə çatdırıb və 72-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.