Azərbaycan şahmatçısı Vüqar Əsədlinin BƏƏ-də keçirilən "Dubai Open" turnirində qələbə seriyası qırılıb.
Fanat.Az xəbər verir ki, o, üçüncü turda Yu Yangyiyə (Çin) uduzub. İki xalı olan Əsədli 15-ci yerdədir.
Abdelrahman Qeşamı (Misir) üstələyərək vəziyyətini yaxşılaşdıran Misrətdin İsgəndərov da eyni xala malikdir. O, 23-cü sıradadır.
Çitambaram Aravind (Hindistan) və Sanal Vahap (Türkiyə) hərəyə 3 xalla liderdirlər.