Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində sonuncu oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, 38 yaşlı qrossmeyster IX turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək.
Məmmədyarov ötən turda Armaggeddonda norveçli sabiq dünya çempionu Maqnus Karlsenə yenilib. O, hazırda 10 xalla səkkizinci pillədə qərarlaşıb.
Qeyd edək ki, reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.