Şahmat üzrə 17-ci dünya çempionu çinli qrossmeyster Din Lijen iyulun 30-dan avqustun 24-dək Bakıda keçiriləcək dünya kuboku yarışlarında iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, həmçinin Hikaru Nakamura (ABŞ), Alireza Firuzca (Fransa), Vişvanatan Anand (Hindistan) və Rixard Rapport (Macarıstan) da turnirə qatılmayacaqlar.
Şahmat tacı uğrunda son iki görüşün iştirakçısı, rusiyalı Yan Nepomnyaşi və keçmiş dünya çempionu, dünya reytinqinin lideri norveçli Maqnus Karlsen bundan əvvəl turnirdə öz iştiraklarını təsdiqləyiblər.