Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında keçirilən dünya çempionatında IV turun partiyaları oynanılıb.
Fanat.Az xəbər verir ki, hesabat turunda Azərbaycan təmsilçilərindən Nərmin Abdinova ağ fiqurlarla qazaxıstanlı Liya Kurmanqaliyevaya, Səbinə Rzalı isə qara fiqurlarla hindistanlı Şanmati Srinə qalib gəlib. Ağ fiqurlarla oynayan Ayan Allahverdiyeva ermənistanlı Məryəm Mkrtçyan ilə heç-heçə edib.
Bu nəticələrdən sonra N.Abdinova maksimum nəticə ilə vahid lider olub. Aktivində 3,5 xal olan A.Allahverdiyeva 2-10-cu, S.Rzalı isə 2,5 xalla 24-38-ci yerləri bölüşdürür.
Xatırladaq ki, turnir İsveçrə sistemi ilə keçirilir. 11 turdan ibarət yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır.