Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun görüşlərini keçirib.
Fanat.Az xəbər verir ki, Litva ilə qarşılaşan kişilərdən ibarət yığma 1,5:2,5 hesabı ilə məğlub olub.
Vyetnam ilə üz-üzə gələn qadınlardan ibarət milli isə qələbə qazanıb - 2,5:1,5.
Qeyd edək ki, kişilərdən ibarət yığma buna qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistana uduzub - 1:3.
Qadınlardan ibarət komanda isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2.