14:33 28.03.2021 903

İki klubumuz Avropa Kubokuna qələbələrlə başladı

Azərbaycanın 5 komandası şahmat üzrə klublar arasında Avropa Kubokunda mübarizəyə başlayıb. 

Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, onlayn formatda yarışa "Odlar Yurdu”, "Vüqar Həşimov”, "Təhsil İdman”, "Gənclik” və "Nakhchivan - Noah's Land” komandaları qatılıb.

Tərkibi Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli və Cahangir Ağarəhimovdan ibarət "Odlar Yurdu” E qrupunda, Abdulla Qədimbəyli, Murad İbrahimli, Xəzər Babazadə, Atilla Eynullayev, Read Səmədov və Cahandar Azadəliyevlə yarışan "Gənclik” D qrupunda, Urfan Semdimalıyev, Talıb Babayev, Pərviz Qasımov, Toğrul Həsənzadə, Sadiq Məmmədov və Sadiq Qarayevdən ibarət "Nakhchivan - Noah's Land” G qrupunda, Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqovla çıxış edən "Vüqar Həşimov” komandası H qrupunda, Misrətdin İsgəndərov, Rəsul İbrahimov, Məhəmməd Muradlı, Günay Məmmədzadə, İsmayıl Şahəliyev, Nail Bəşirlidən ibarət "Təhsil İdman” komandası I qrupunda çıxış edir.

D qrupunda "Gənclik” ardıcıl 4 görüşdə qələbə qazanaraq liderliyə yüksəlib. Bu gün rəqiblər qrupun reytinq favoritləri İngiltərə və Fransa klubları olacaq.

E qrupunda "Odlar Yurdu” ilk yarış günündə bütün görüşlərini qələbəylə başa vurub. Ardıcıl 4 turdakı qələbədən sonra Şəhriyar Məmmədyarovun lideri olduğu komanda qrupda ilk sırada qərarlaşıb.

G qrupunda Naxçıvan şahmatçılarından təşkil olunan "Nakhchivan-Noahs Land” yalnız bir qələbə qazanaraq 7-ci sıranı tutur.

H qrupunda "Vüqar Həşimov” komandası iki qələbə ilə qrupda 5-ci sıradadır.

Ən gərgin mübarizə I qrupunda müşahidə olunur. Burada 5 komandanın 4 turdan sonra 6 xalı var. "Təhsil İdman” 5 xalla 6-cı sırada yer alıb.

"Odlar Yurdu” isə qrupunda favorit hesab olunur. Bu komanda ilk oyun günündə əsas rəqiblərini məğlub etdiyi üçün növbəti mərhələyə vəsiqəni demək olar təmin edib.

Qeyd edək ki, 91 komandanın iştirak etdiyi Avropa Kubokunun ümumi mükafat fondu 14 min avrodur. Qalib komanda 4 min avro qazanacaq.

Şahmatçılar ilk iki yarış günündə təsnifat mərhələsində, ertəsi gün pley-offda, 30-31 martda final oyunlarında iştirak edəcəklər. İlk mərhələdə iştirakçılar hər birində 10 komanda olmaqla 9 qrupa bölünüb. Qrupda ilk iki yeri tutan kollektiv növbəti mərhələyə vəsiqə qazanacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

Facebookdan bizi izləməyi unutmayın.
X