Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, bu gün 4 təmsilçimiz ilk mərhələ çərçivəsində cavab görüşlərini keçirib.
Vasif Durarbəyli finlandiyalı rəqibini məğlub edərək, növbəti mərhələyə yüksəlib. Qadınlardan yalnız Gülnar Məmmədova 1/32 final şansını qoruyur. O, Estoniya şahmatçısı ilə iyulun 14-də tay-brekdə üz-üzə gələcək. Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva isə mübarizəni dayandırıb.
Kişilər
1/128 final - Dmitri Sklyarov(Finlandiya) - Vasif Durarbəyli 0:1(ümumi hesab 0,5:1,5)
Qadınlar
1/64 final - Lisandra Ordas(Kuba) - Türkan Məmmədyarova 1:0(1,5:0,5)
1/64 final - Gülnar Məmmədova - Mai Narva(Estoniya) 0:1(1:1)
1/64 final - Ülviyyə Fətəliyeva - Rut Padmini(Hindistan) 0:1(0:2)
Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan turnirə 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb.
Sahib Əsədbəyli

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol