Bu gün müxtəlif yaş qrupları arasında şahmat üzrə onlayn Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, 10, 12, 14, 16, 18 və 20 yaşlı şahmatçıların qatılacağı qitə çempionatında Azərbaycanın 45 zəka sahibi də mübarizə aparacaq.
İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışa oktyabrın 21-də yekun vurulacaq.