Latviyanın paytaxtı Riqada "Grand Swiss" şahmat turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün III turun görüşləri keçirilib.
Təmsilçilərimizdən Nicat Abbasov rusiyalı Nikita Vityuqov, Rauf Məmmədov Arcun Eriqaysi ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan hər iki qrossmeysterimiz "sülh"ə razılaşıb.
Ağ fiqurlarla oynayan Vasif Durarbəyli rusiyalı Daniil Dubova uduzub.
Aydın Süleymanlı isə "qaralar"la Rusiyanın digər təmsilçisi Mixail Antipova məğlub olub.
Üç turdan sonra Nicat Abbasov və Rauf Məmmədov hesabına 1,5, Vasif Durarbəyli 1 xal yaza bilib. Aydın Süleymanlı hələlik xalsızdır.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Ümumi mükafat fondu 550 min ABŞ dolları təşkil edir.
"Grand Swiss"
III tur
Nikita Vityuqov (Rusiya) - Nicat Abbasov 0,5:0,5
Vasif Durarbəyli - Daniil Dubov (Rusiya) 0:1
Arcun Eriqaysi (Hindistan) - Rauf Məmmədov 0,5:0,5
Mixail Antipov (Rusiya) - Aydın Süleymanlı 1:0