Latviyanın paytaxtı Riqada "Grand Swiss" şahmat turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün IV turun görüşləri keçirilib.
Təmsilçilərimizdən Nicat Abbasov Temur Kuybokarov (Avstraliya), Rauf Məmmədov Vladislav Kovalyov (FİDE), Vasif Durarbəyli Cavoxir Sindarov (Özbəkistan), Aydın Süleymanlı isə Luka Budisavlyeviç (Serbiya) ilə üz-üzə gəlib. Qrossmeysterlərimizin hamısı görüşünü heç-heçə başa vurub.
Dörd turdan sonra Nicat Abbasov və Rauf Məmmədov hesabına 2 xal yazıb. Vasif Durarbəylinin 1,5, Aydın Süleymanlının 0,5 xalı var.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Ümumi mükafat fondu 550 min ABŞ dolları təşkil edir.
"Grand Swiss"
IV tur
Nicat Abbasov - Temur Kuybokarov (Avstraliya) 0,5:0,5
Rauf Məmmədov - Vladislav Kovalyov (FİDE) 0,5:0,5
Cavoxir Sindarov (Özbəkistan) - Vasif Durarbəyli 0,5:0,5
Luka Budisavlyeviç (Serbiya) - Aydın Süleymanlı 0,5:0,5