Latviyanın paytaxtı Riqada "Grand Swiss" şahmat turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün V turun görüşləri keçiriləcək.
Təmsilçilərimizdən Rauf Məmmədov Rameşbabu Praqnanandxa (Hindistan), Nicat Abbasov Ceffri Şonq (ABŞ), Vasif Durarbəyli Baadur Cobava (Gürcüstan), Aydın Süleymanlı isə Hyorvar Qretarsson (İslandiya) ilə münasibətləri aydınlaşdıracaq.
Abbasovla Məmmmədov qara, Durarbəyli və Süleymanlı ağ fiqurlarla oynayacaq.
Dörd turdan sonra Nicat Abbasov və Rauf Məmmədov hesabına 2, Vasif Durarbəyli 1,5 xal yaza bilib. Aydın Süleymanlının 0,5 xalı var.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Ümumi mükafat fondu 550 min ABŞ dolları təşkil edir.
"Grand Swiss"
V tur
Rameşbabu Praqnanandxa (Hindistan) - Rauf Məmmədov
Ceffri Şonq (ABŞ) - Nicat Abbasov
Vasif Durarbəyli - Baadur Cobava (Gürcüstan)
Aydın Süleymanlı - Hyorvar Qretarsson (İslandiya)
Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.