Latviyanın paytaxtı Riqada "Grand Swiss" şahmat turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün V turun görüşləri keçirilib.
Azərbaycan təmsilçilərindən Rauf Məmmədov Rameşbabu Praqnanandxa (Hindistan), Nicat Abbasov Ceffri Şonq (ABŞ), Vasif Durarbəyli Baadur Cobava (Gürcüstan), Aydın Süleymanlı isə Hyorvar Qretarsson (İslandiya) ilə üz-üzə gəlib.
Şahmatçılarımızdan yalnız Aydın Süleymanlı qarşılaşmasını qələbə ilə başa vurub. Digər qrossmeysterlərimiz isə rəqiblərinə məğlub olub.
Hazırda Nicat Abbasov və Rauf Məmmədovun 2 xalı var. Vasif Durarbəyli ilə Aydın Süleymanlı isə hesablarına 1,5 xal yaza bilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Ümumi mükafat fondu 550 min ABŞ dolları təşkil edir.
"Grand Swiss"
V tur
Rameşbabu Praqnanandxa (Hindistan) - Rauf Məmmədov 1:0
Ceffri Şonq (ABŞ) - Nicat Abbasov 1:0
Vasif Durarbəyli - Baadur Cobava (Gürcüstan) 0:1
Aydın Süleymanlı - Hyorvar Qretarsson (İslandiya) 1:0