Latviyanın paytaxtı Riqada təşkil olunan “Grand Swiss” şahmat turnirində yeddinci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Vasif Durarbəyli Yonas Byerreyə (Danimarka) qalib gəlib.
Rauf Məmmədov Kristobal Enrikes (Çili), Nicat Abasov Suriya Şexar Qanquli (Hindistan), Aydın Süleymanlı Alan Piçot (Argentina) ilə heç-heçə edib.
Yeddi turdan sonra qrossmeysterlərimizin hamısının hesabında 3 xal var.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 550 min ABŞ dollarıdır.
Sahib Əsədbəyli