Latviyanın paytaxtı Riqada “Grand Swiss” şahmat turniri başa çatıb.
Fanat.Az xəbər verir ki, son - XI turda Rauf Məmmədov ermənistanlı Sergey Movsesyan, Vasif Durarbəyli polşalı Mateuş Bartel, Nicat Abbasov ukraynalı Martin Kravtsiv ilə heç-heçə edib.
Aydın Süleymanlı isə almaniyalı Dmitri Kollarsa uduzub.
Beləliklə, V.Durarbəyli 4,5 xalla 108 şahmatçı arasında 86-cı yeri tutub.
A.Süleymanlı, R.Məmmədov, N.Abbasov isə hərəyə 4 xal toplayıblar.
Turnirin qalibi 8 xalla Fransanı təmsil edən Alireza Firuzca olub.
Sahib