Azərbaycan Şahmat Federasiyası (AŞF) rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk iclasında qurumun baş katibi təsdiqlənib.
Fanat.Az xəbər verir ki, yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin edilib.
O, bu postda Faiq Həsənovu əvəzləyib. F. Həsənov federasiyada I vitse-prezident olub.
Qeyd edək ki, Mahir Məmmədov bu gün AŞF-nin prezidenti seçilib.