İspaniyanın Barselona şəhərində şahmat üzrə "Elllobregat Open" turnirinə start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın hər üç təmsilçisi ilk turu qələbə ilə başa vurub.
Eltac Səfərli Yakub Şimanı (Polşa), Aydın Süleymanlı Martin Qonsalesi (İspaniya), Məhəmməd Muradlı isə Nipun Puyomantı (Şri-Lanka) yenib
Növbəti turda Səfərli Qudmundur Kyartanssonla (İslandiya), Süleymanlı Daniel Ramos Qarsiya ilə (İspaniya), Muradlı isə Lars Oateslə (Niderland) üz-üzə gələcək.
Qeyd edək ki, İsveçrə sistemi üzrə doqquz turdan ibarət turnirdə ümumilikdə 160 şahmatçı mübarizə aparır.
Sahib