İspaniyanın Barselona şəhərində şahmat üzrə "Elllobregat Open" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda ikinci turun görüşləri keçirilib.
İlk turda olduğu kimi, Azərbaycanın hər üç təmsilçisi oyunlarını qələbə ilə başa vurub.
Eltac Səfərli Qudmundur Kyartanssonu (İslandiya), Aydın Süleymanlı Daniel Ramos Qarsiyanı (İspaniya), Məhəmməd Muradlı isə Lars Oatesi (Niderland) yenib.
Növbəti turda Səfərli Helgi Qretarssonla (İslandiya), Süleymanlı Mittal Aditya ilə (Hindistan), Muradlı isə Ruslan Ponomaryovla (Ukrayna) üz-üzə gələcək.
Qeyd edək ki, İsveçrə sistemi üzrə doqquz turdan ibarət turnirdə ümumilikdə 160 şahmatçı mübarizə aparır.
Sahib