İspaniyanın Barselona şəhərində təşkil olunan şahmat üzrə "Elllobregat Open" turnirində 6-cı turun qarşılaşmaları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Eltac Səfərli argentinalı Tomas Sosa ilə qarşılaşıb. Qara fiqurlarla oynayan şahmatçımız rəqibini məğlub edib. Beləliklə, 29 yaşlı qrossmeyster yarışda ardıcıl üçüncü, ümumilikdə beşinci qələbəsini qazanıb.
Məhəmməd Muradlı isə hindistanlı Şeyx Məhəmmədi yenib.
Digər təmsilçimiz Aydın Süleymanlı görüşünü heç-heçə ilə bitirib. O, Perudan olan həmkarı Deysi Kori ilə xalı bölüb.
Altı turdan sonra liderdən yalnız əlavə göstəricilərə görə geri qalan Səfərli (5 xal) ilk "5-liy"i qapayır. Muradlı (4,5) 12-ci, Süleymanlı (3,5) 46-cı sırada qərarlaşıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə doqquz turdan ibarət turnirdə ümumilikdə 150 şahmatçı mübarizə aparır.
Sahib