
Azərbaycanın daha bir şahmatçısı qrossmeyster normasını yerinə yetirib.
Fanat.Az xəbər verir ki, İspaniyanın Barselona şəhərində keçirilən "Elllobregat Open" turnirində uğurla çıxış edən 18 yaşlı Məhəmməd Muradlı lazım olan əmsalları toplayaraq qrossmeyster dərəcəsinə çatıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 150 şahmatçının qatıldığı turnirdə Azərbaycanı 3 zəka sahibi təmsil edib. Məhəmməd Muradlı 6,5 xalla 8-ci yeri tutub. Eltac Səfərli 6 xalla 13-cü, Aydın Süleymanlı 5,5 xalla 34-cü olub.
Sahib