Yanvarın 15-də Niderlandda dünyanın ən mötəbər şahmat turnirlərindən biri hesab olunan ənənəvi Veyk-an Zee turniri (Tata Steel Chess-2022) start götürəcək.
Fanat.Az xəbər verir ki, 84-cü dəfə keçiriləcək turnirdə 14 şahmatçı mübarizə aparacaq. Ölkəmizi mötəbər yarışda Şəhriyar Məmmədyarov təmsil edəcək.
36 yaşlı qrossmeysterimizin turnirdə rəqibləri Maqnus Karlsen (Norveç) Fabiano Karuana, Sem Şenklend (hər ikisi ABŞ) Sergey Karyakin, Daniil Dubov, Andrey Yesipenko (hamısı Rusiya), Aniş Giri, Yorden Van Forest (hər ikisi Niderland), Rixard Rapport (Macarıstan), Yan-Kşiştof Duda (Polşa) Vidit Santos, Pragnanandxa (hər ikisi Hindistan) və Nils Qrandelius (İsveç) olacaq.
Dairəvi sistem üzrə 13 turdan ibarət yarışa yanvarın 30-da yekun vurulacaq.
Sahib