Bu gün Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə “Tata Steel Masters” superturniri start götürəcək.
Fanat.Az xəbər verir ki, 36 yaşlı qrossmeysterimiz ilk turda qara fiqurlarla rusiyalı Daniil Dubovla üz-üzə gələcək.
Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, 14 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilən yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
I tur
Daniil Dubov (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Andrey Yesipenko (Rusiya) - Maqnus Karlsen (Norveç)
Fabiano Karuana (ABŞ) - Sergey Karyakin (Rusiya)
Vidit Santoş Qudjarati (Hindistan) - Samuel Şenklend (ABŞ)
Aniş Giri (Niderland) - Rameşbabu Praqnanandxa (Hindistan)
Yan-Kşiştof Duda (Polşa) - Rixard Rapport (Macarıstan)
Yorden Van Forest (Niderland) - Nils Qrandelius (İsveç)