Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.
Fanat.Az xəbər verir ki, yarışda dördüncü turun oyunları baş tutub. Azərbaycan təmsilçisi Fərid Orucov tur çərçivəsində keçirdiyi görüşü heç-heçə ilə başa vurub.
Beləliklə, xalını 3,5-ə çatdıran şahmatçımız liderliyini davam etdirir.
Qeyd edək ki, turnir 8 turdan ibarətdir.