Cəbəllütariqdə müxtəlif ölkələrin nümayəndələrinin, o cümlədən Azərbaycanın qadınlardan ibarət şahmat millisinin lideri Günay Məmmədzadənin də mübarizə apardığı "Battle of the Sexes" adlanan turnir davam edir.
Fanat.Az xəbər verir ki, qadınlardan ibarət komanda ilk iki görüşdəki qələbədən sonra ardıcıl ikinci dəfə kişi kollektivə uduzub - 4,5:5,5. Məmmədzadə öz lövhəsində ingiltərəli Ravi Haria ilə "sülh bağlayıb".
Məğlubiyyətə rəğmən, xanımlar xal hesabındakı üstünlüyü qoruyub - 20,5:19,5
Qeyd edək ki, qarşılaşmalar on lövhədə oynanılır. Turnirə fevralın 3-də yekun vurulacaq.
Sahib