
Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə Azərbaycan təmsilçiləri Kənan Qarayev və Azər Mirzəyev qalib olublar.
Fanat.Az xəbər verir ki, qrossmeyster normalı yarışda mübarizə aparan Qarayev 9 turdan 6 xal toplayıb. Əlavə göstəricilərə xorvatiyalı həmkarını qabaqlayan şahmatçımız turnirin baş mükafatına yiyələnib.
Digər şahmatçımız Azər Mirzəyev isə beynəlxalq usta normalı turnirdə 8 turdan 7 xal hasil edərək vaxtından əvvəl ilk pilləni təmin edib.
Sahib