17:39 15.04.2022 1937

"Qarabağda beynəlxalq turnirin keçirilməsi təklif olundu" - MÜSAHİBƏ

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra qurumun mətbuat xidmətinə müsahibə verib. 

Fanat.Az həmin müsahibəni təqdim edir.

- Öncə İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlər barədə danışmaq istərdik. Hansı qərarlar qəbul edildi?
- Əsasnaməyə görə Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsi ildə ən azı iki dəfə toplaşmalıdır. 2022-ci ildəki ilk iclasda Azərbaycan şahmat həyatının gələcəyi baxımından çox mühüm qərarlarla bağlı fikir mübadiləsi aparıldı. Komitənin bütün üzvlərinin iştirak etdiyi görüşdə nizamnaməyə dəyişikliklərə baxıldı. Sonra cari il üçün federasiyanın büdcəsi təsdiq olundu. Vacib məsələlərdən biri yığma komandaların formalaşma prinsipi müzakirə edildi. İcraiyyə Komitəsi şahmatçıların milli komandalara hansı şərtlərə əsasən dəvət olunacağını müəyyənləşdirdi. Bu qərardan asılı olaraq həm də təqaüd alacaq şahmatçılar məlum olacaq. Gündəlikdə müzakirə edilən məsələlərdən biri təqvimlə bağlı idi. Müzakirələrdən sonra 2022-ci ildəki təqvim dəqiqləşdirildi. Ölkədəki yarışların və beynəlxalq turnirlərin tarixlərinin üst-üstə düşməməsi çox vacibdir. Eyni zamanda federasiyanın nəzdində fəaliyyət göstərəcək daimi komissiyalara rəhbər şəxslərin namizədliyinə baxıldı.

- 2022-ci ildə Azərbaycanda beynəlxalq şahmat yarışlarının keçirilməsi gözlənilir?
- İclasda həmçinin 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının bu il keçirilməsi müzakirə edildi. Bu yarış 2 il öncə Naxçıvanda təşkil olunmalı idi. Koronavirus pandemiyasına görə bir çox yarışlar, o cümlədən yeniyetmələrin olimpiadası təxirə salındı. Ölkəmizin bu yarışla bağlı Beynəlxalq Şahmat Federasiyası qarşısında öhdəliyi var. Son günlər karantin qaydalarının yumşaldılmasını nəzərə alaraq, 2022-ci ildə mötəbər yarışın Naxçıvanda baş tutacağına inanırıq. Bilirsiniz ki, 2019-cu ildə Türkiyədə keçirilən son yarışda ölkəmizin 16 yaşlılardan ibarət komandası olimpiadanın qalibi olub. Bu il ev sahibi kimi növbəti dəfə uğurlu çıxış etməyə çalışacayıq. Cari il həm də Qarabağda şahmat yarışının təşkili baxımından əhəmiyyətli ola bilər. İcraiyyə Komitəsində Qarabağda – işğaldan azad olunan torpaqlarda beynəlxalq turnirin keçirilməsi təklif olundu. Şahmat üzrə superturnirin təşkili məsələsi müzakirə edildi. Bunun üçün şahmat təqvimində tarix seçildi. Qərara alındı ki, federasiya bu yarışla bağlı Gənclər və İdman nazirliyinə müraciət hazırlasın.

- Tanınmış məşqçi Mixail Şereşevski Bakıda səfərdədir. Maraqlıdır məşqçi ilə müqavilə hansı müddətə nəzərdə tutulub?
- Tanınmış pedaqoq, məşqçi Mixail Şereşevski bir müddət Azərbaycan şahmatçıları ilə işləyəcək. Onların hazırlığı, inkişafı barədə bizə məlumat verəcək. İcraiyyə Komitəsində Şereşevskinin müqaviləsi müzakirə olundu və 6 aylıq razılaşmanın imzalanması barədə qərar qəbul edildi. Şereşevski 6 yaş kateqoriyası üzrə yeniyetmə və gənc şahmatçılara baxış keçirəcək. Fikrimizcə, belə təcrübəli pedaqoq və məşqçinin şahmatçılarımıza böyük faydası olacaq.

- İclasın sonunda Avropa çempionatında yüksək nəticə göstərən şahmatçılarla görüş oldu. Şahmatçılardan belə yüksək nəticə gözləyirdinizmi?
- İlk dəfə olaraq Avropa çempionatında 4 şahmatçımız Dünya Kubokuna vəsiqə qazandı. Ümumiyyətlə, təmsilçilərimiz Sloveniyada parlaq oyunlar nümayiş etdirdi. Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazandı. Çexiyanın ən güclü şahmatçısı David Navaranı məğlub edən Abdulla çox gözəl oyun göstərdi və bir müddət yarışın vahid liderinə çevrildi. Millimizin üzvü Gövhər Beydullayeva qadınlar arasında çempionatın ən yüksək nəticəsinə imza atdı. Reytinqini 70 əmsal artırdı və qadınlar arasında beynəlxalq qrossmeyster oldu. Gövhərin Dünya Kubokuna vəsiqə qazanması üçün yarım xalı kifayət etmədi. Read Səmədov kişilərin yarışında ilk qrossmeyster balını topladı. Bildirmək istərdim ki, federasiya olaraq şahmatçıların nəticələrini daim nəzarətdə saxlayarıq, onların daha böyük qələbələr qazanması üçün lazımi işlərin həyata keçirilməsinə çalışırıq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
18:22

MOİK fransalı yarımmüdafiəçi ilə müqavilə bağlaya bilər

17:55

"Real"ın sol cinah müdafiəçisi qalır

17:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:37

MOİK-in ev oyunlarını Xankəndidə keçirəcəyi dəqiqləşdi

17:24

"Sumqayıt" braziliyalı hücumçu ilə gücləndi - RƏSMİ

17:19

"Zirə" Konate ilə yollarını ayırdı - RƏSMİ

17:01

Rahid Əmirquliyev yenidən "Səbail"ə döndü

16:43

Kanu Azərbaycan klubunun düşərgəsində

16:25

KL: "Qarabağ" potensial rəqibini tanıdı - "Tvente" Bakıya gələ bilər

16:02

"Sabah" "Orhus"u mübarizədən kənarlaşdırmağı bacarmasa...

15:44

"Şimal" Çiləgirdə başlayır, Cəlilov daha oynamayacaq - AÇIQLAMA

15:25

Van Qal dördüncü dəfə Niderland millisinə qayıda bilər

15:06

"Barselona" Rodrini istəyir

14:48

Qurban Qurbanovun Kiyev "Dinamo"suna qarşı neçə futbolçunu oynada bilməyəcəyi açıqlandı

14:30

"Sabah"ın Danimarkaya səfər planı müəyyənləşdi

14:09

ÇL: "Sabah"ın pley-offdakı potensial rəqibi bəlli oldu

13:50

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə səfər matçına nə vaxt yollanacağı bilindi

13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X