14:00 10.05.2022 612

“Tarixi görüşün izi ilə”: Həmin 4 uşaq...

Azərbaycan Şahmat Federasiyası ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Tarixi görüşün izi ilə” adlı layihə hazırlayıb.

Federasiyanın Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, layihədə 1998-ci ildə ümumilli lider Heydər Əliyevin şahmatçılarla görüşünün xatirələri öz əksini tapıb.

Tarixi görüşün iştirakçıları ulu öndərlə görüş barədə xatirələrini bölüşüb. Üçqat Avropa çempionu, 1998-ci ildə 10 yaşı olan Rauf Məmmədov həmin görüşü belə xatırlayır: “Tarixi görüş 1998-ci ilin qış aylarına təsadüf edib. Mənim 10 yaşım var idi, indi 34 yaşım var. Heç vaxt belə aura hiss etməmişdim. Ulu öndər medalıma diqqətlə baxdı, hansı yarışda qazandığımı soruşdu. 1998-ci ildə balaca uşaqları qəbul etməsi həyatımızda böyük iz buraxdı. Biz milli komanda olaraq 3 dəfə Avropa çempionu olduq, həmin görüşdə iştirak edən Teymur Rəcəbovla Vüqar Həşimov uzun illər dünya reytinqində ilk onluqda qərarlaşdı. Teymur Dünya Kubokunu qazandı. Təsəvvür edin, həmin 4 uşaq 20 ildən çox Azərbaycan yığmasında çıxış etdi, böyük qələbələrə nail oldu. Bu, böyük fəxrdir. Ölkə prezidenti, Heydər Əliyev kimi böyük insan səni qəbul edir. Bu görüş idmançıda böyük ruh yaratdı. Görüşün səhəri bütün qəzetlər bizim haqqımızda yazmışdı. Məhəllədə hamı soruşurdu sən Heydər Əliyevlə görüşmüsən? Evdə böyük sevinc yaşanmışdı. O görüş olmasaydı məncə bəlkə də üçqat Avropa çempionu olmazdım, 20 ildən çox yığmada çıxış etməzdim”.

Üçqat Avropa çempionu Qədir Hüseynov həmin görüşü hər zaman yada saldığını vurğulayıb: “Ulu öndərlə görüş uşaqlar üçün böyük mənəvi dəstək idi. Gözəl xatirələrimiz var. O görüş hər zaman yaddaşımızdadır. Bu görüş təkcə bizim deyil, bütün şahmatçıların inkişafında böyük rol oynadı. Məsələn Şəhriyar Məmmədyarov söyləmişdi ki, həmin görüşdən sonra üzərində daha çox işləməyə başladı. Gün ərzində 7-8 saat işləyirdi ki, gələcəkdə elə görüşlərə dəvət alsın. Ulu Öndər olmasaydı Harri Kasparov kimi dünya çempionu olmazdı. Onun köməyi olmadan o şahmatçı kimi inkişaf etməzdi”.

Avropa çempionu Vüqar Həşimov mətbuata müsahibəsində hər zaman ümummilli lider Heydər Əliyevlə görüşü xüsusilə qeyd edib: “Ümummilli lider Heydər Əliyevlə görüşü həmişə xatırlayıram. O vaxt mən uşaq idim. Heydər Əliyevlə görüş böyük əhəmiyyətə malik idi, həmin qəbul gələcək karyerama böyük təsir etdi”.

Üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov tarixi görüşü çox yaxşı xatırladığını söyləyib: "1998-ci ildə beynəlxalq arenada ilk uğurlarını qazanan şahmatçılar üçün böyük şərəf oldu. Dahi insanla görüşdük. Görüşdən əvvəl həyəcanlı idik. Uşaqlarla qəbulda hansı sözləri deyəcəyimizi məşq edirdik. Çox həyəcanlıydıq. Həmin görüşdən ən yaxşı xatirələrim var. Böyük motivasiya oldu. Gələcək uğurlarımız üçün böyük ruh yüksəkliyi əldə etdik. Dövlət başçısı ilə, Heydər Əliyev kimi bir insanla görüşmək böyük şərəfdir”.

Həmin görüşün iştirakçısı Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti, “Şöhrət” ordeninə layiq görülən Faiq Həsənov ümummilli lider Heydər Əliyevin şahmatçıların inkişafında böyük rol oynadığını deyibi: “Çətin dövrə baxmayaraq Azərbaycanın şahmat gələcəyi olan uşaqlarla görüşməyi yaddan çıxartmadı. Ata kimi nəsihət verdi. Söylədi ki, siz bizim şahmatın gələcəyisiniz. Doğurdan belə oldu. Şahmatımızın gələcəyi görüşdə iştirak edən Vüqar Həşimov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov oldu. Sonradan onlara Şəhriyar Məmmədyarov qoşuldu. Heydər Əliyev həmin görüşdən sonra onların hazırlığı ilə bağlı mühüm tapşırıqlarını verdi”.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan şahmatının inkişafında misilsiz rolu olduğunu qeyd edib: “70-ci illərin əvvəlində Heydər Əliyevin şahmat məktəblərinin inşa olunması ilə bağlı göstərişləri var idi. Bu doğurdan həyata keçirildi. Bu inkişafın nəticəsi kimi 90-cı illərin əvvəlində istedadlı şahmat nəsli formalaşdı. Həmin şahmat nəslinin parlaq nümayəndələrini 1998-ci ildə ümummilli lider Heydər Əliyev şəxsən qəbul etdi. Üç dəfə Avropa çempionu. Teymurun, Vüqarın silsilə qələbələri. Sonradan onlara qoşulan Şəhriyar Məmmədyarovun uğurları. Teymur Rəcəbovun Dünya Kubokundakı qələbəsi, Şəhriyar Məmmədyarovun rapid üzrə dünya çempionluğu. O görüş nəinki 4 gəncin şahmat taleyini, Azərbaycan şahmatının taleyini uzun illər öncədən müəyyən etdi. Ulu Öndər Teymur Rəcəbov və digər gənclərin gələcək inkişafını fikirləşərək bir çox mühüm qərarlar verib”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
10:27

11-ci dəfə finala yüksələn "Qarabağ" "Neftçi"yə çatdı

10:09

Azərbaycan Kubokunda rekord qeydə alındı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

Facebookdan bizi izləməyi unutmayın.
X