Sabah Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə beynəlxalq turnir start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışda ölkəmizi Vüqar Əsədli, Məhəmməd Muradlı, Misrətdin İsgəndərov, Vüqar Manafov və Şahin Vəliyev təmsil edəcəklər.
İsveçrə sistemi üzrə keçiriləcək və doqquz turdan ibarət olacaq turnir iki gün davam edəcək.
Yarışda ümumilikdə 46 şahmatçı iştirak edəcək.
Xatırladaq ki, adıçəkilən şahmatçılarımız daha əvvəl Daşkənddə Georgi Aqzamov memorialında mübarizə aparıblar. Həmin turnirdə ən yaxşı nəticəni Vüqar Əsədli göstərib. 20 yaşlı qrossmeyster 10 turdan 7 xalla 66 şahmatçı arasında 8-ci yeri tutub.