Sabah İtaliyada beynəlxalq şahmat festivalı start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı Eltac Səfərli təmsil edəcək.
Turnirə ümumikikdə 15 şahmatçı qatılacaq. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarış mayın 20-dək davam edəcək.
Turnirin reytinq favoriti FIDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenkodur (2709). Eltac Səfərli isə 2600 xalla 4-cüdür.