Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə 5-ci beynəlxalq "Şarja Masters" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün ikinci turun görüşləri keçirilib. Azərbaycan təmsilçilərindən Məhəmməd Muradlı hindistanlı Nihal Sarini, Misrətdin İsgəndərov Özbəkistan şahmatçısı Nodirbek Yakubboyevi yenib.
Nicat Abasov Abhimanyu Puraniklə (Hindistan), Aydın Süleymanlı Manuel Petrosyanla (Ermənistan) heç-heçəyə razılaşıb.
Qadın şahmatçımız Günay Məmmədzadə isə ABŞ-dan olan Hans Moke Niemanna uduzub.
Beləliklə, əvvəlki turu da qələbə ilə başa vuran M.İsgəndərov xalını 2-yə çatdırıb. N.Abbasov və M.Muradlının hesabında 1,5 xal var. A.Süleymanlı 1 xal hasil edə bilib. G.Məmmədzadə isə xal hesabını aça bilməyib.
Turnirdə 32 ölkədən ümumilikdə 80 şahmatçı iştirak edir.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarış mayın 29-da başa çatacaq