
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster X turda FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək. Rəcəbov turnir cədvəlinin liderinə qarşı qara fiqurlarla oynayacaq.
Hesabında 4 xalı olan Teymur hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
X tur
Yan Nepomnyaşi (FIDE) - Teymur Rəcəbov (Azərbaycan)
Rixard Rapport (Macarıstan) - Dinq Liren (Çin)
Yan-Kşiştof Duda (Polşa) - Fabiano Karuana (ABŞ)
Hikaru Nakamura (ABŞ) - Alireza Firuzca (Fransa)
Xal durumu: Nepomnyaşi - 6,5, Karuana - 5,5, Nakamura, Liren - 4,5, Rəcəbov, Firuzca, Rapport - 4, Duda - 3.