
Bu gün Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov mübarizə aparacaq.
Qadınlardan ibarət yığmada isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva yer alıblar.
Olimpiadada kişilərin mübarizəsində 188, qadınların turnirində isə 150 ölkədən komandalar iştirak edəcəklər.
İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq yarışlar avqustun 10-a qədər davam edəcək.