Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması II turda Filippin seçməsi ilə qarşılaşacaq.
Qadınlar isə Finlandiya kollektivi ilə üz-üzə gələcək.
Görüşlər Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
II ur
Filippin - Azərbaycan
Mark Paraqua - Rauf Məmmədov
Rocerio Barsenilla - Qədir Hüseynov
Con Pol Qomez - Vasif Durarbəyli
Paulo Bersamina - Nicat Abasov
Məmmədov və Durarbəyli qara, Hüseynovla Abasov ağ fiqurlarla oynayacaq.
Qadınlar
II tur
Finlandiya - Azərbaycan
Anastasiya Nazarova - Günay Məmmədzadə
Yoanna Paasikanqas - Xanım Balacayeva
Tanya Tuominen - Gülnar Məmmədova
Sarabella Norlamo - Ülviyyə Fətəliyeva
Məmmədzadə və Məmmədova qara, Balacayeva ilə Fətəliyeva ağ fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, ilk turda kişilərdən ibarət millimiz Əlcəzairi, qadın yığmamız isə Birləşmiş Ərəb Əmirliklərini 4:0 hesabı ilə yenib. Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yarış avqustun 10-da başa çatacaq.