
Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, yığmamız IV turda Türkiyə seçməsi ilə qarşılaşıb. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov rəqibləri ilə heç-heçə ediblər. Qədir Hüseynov görüşdən məğlub ayrılıb. Millinin heyətində yeganə qələbəni Vasif Durarbəyli qazanıb. Beləliklə, qarşılaşma "sülh"lə yekunlaşıb - 2:2.
Komanda ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda isə Argentinanı 2,5:0,5 hesabı ilə üstələyib.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
IV tur
Türkiyə – Azərbaycan - 2:2
Mustafa Yılmaz – Şəhriyar Məmmədyarov 0,5:0,5
Emre Can – Rauf Məmmədov 0,5:0,5
Vahap Sanal – Qədir Hüseynov 1:0
Ali Marandi – Vasif Durarbəyli 0:1
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.