17:45 07.08.2022 362

"Vitse-prezident seçilməyim Azərbaycan şahmatının təntənəsidir" - Mahir Məmmədov

Hindistanda baş tutan seçkilərdə növbəti dəfə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti seçilən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov rəsmi sayta açıqlama verib.

Fanat.Az xəbər verir ki, o, FIDE kimi nüfuzlu təşkilata vitse-prezident seçilməsini Azərbaycan şahmatının qələbəsi kimi dəyərləndirib:

“Ölkəmizdə keçirilən mötəbər idman o cümlədən şahmat yarışları həm də təcrübəli idman funksionerlərini formalaşdırıb. Artıq beynəlxalq təşkilatlar Azərbaycan idman funksionerlərini öz komandasında görmək istəyir. FIDE kimi nüfuzlu təşkilata vitse-prezident seçilməyim Azərbaycan şahmatının təntənəsidir. Bu, Azərbaycan prezidenti İlham Əliyevin uzun illər şahmata və şahmatçılara göstərdiyi yüksək qayğının nəticəsidir.

Batumidə seçkilərdə qələbə qazanandan sonra Arkadi Dvorkoviç əvvəlcədən elan etdiyi proqram üzrə işləməyə başladı. FIDE rəhbəri çox zəhmətkeş və şahmatı sevən insandır. Yeni layihələrlə əksər çempionatların mükafat fondu artırıldı, bir sıra təqaüdlər təsis edildi. Mühüm layihələr həyata keçirildi. Arkadi Dvorkoviç dünya şahmat ailəsini birləşdirdi və şahmatın daha da populyarlaşması istiqamətində böyük işləri reallaşdırdı. Eyni zamanda dünya çempionu Vişvanatan Anandın Arkadi Dvorkoviçin komandasında yer alması böyük dəstək idi. 2018-ci ildə 107 səslə qalib olan komandamız bu dəfə 157 səslə birincilik əldə etdi. Yekun nəticə FIDE-nin hazırkı rəhbərliyinin doğru yolda olduğunu göstərdi”.

Qeyd edək ki, bu gün Hindistanda FIDE rəhbər vəzifələrinə seçkilər keçirilib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ikinci dəfə FIDE-də vitse-prezident seçilib

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
20:13

"Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi

19:50

Ramil Şeydayev "Soçi"də - RƏSMİ

19:11

Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək

18:46

"Neftçi" yunanıstanlı mütəxəssislə müqavilə imzaladı

18:22

MOİK fransalı yarımmüdafiəçi ilə müqavilə bağlaya bilər

17:55

"Real"ın sol cinah müdafiəçisi qalır

17:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:37

MOİK-in ev oyunlarını Xankəndidə keçirəcəyi dəqiqləşdi

17:24

"Sumqayıt" braziliyalı hücumçu ilə gücləndi - RƏSMİ

17:19

"Zirə" Konate ilə yollarını ayırdı - RƏSMİ

17:01

Rahid Əmirquliyev yenidən "Səbail"ə döndü

16:43

Kanu Azərbaycan klubunun düşərgəsində

16:25

KL: "Qarabağ" potensial rəqibini tanıdı - "Tvente" Bakıya gələ bilər

16:02

"Sabah" "Orhus"u mübarizədən kənarlaşdırmağı bacarmasa...

15:44

"Şimal" Çiləgirdə başlayır, Cəlilov daha oynamayacaq - AÇIQLAMA

15:25

Van Qal dördüncü dəfə Niderland millisinə qayıda bilər

15:06

"Barselona" Rodrini istəyir

14:48

Qurban Qurbanovun Kiyev "Dinamo"suna qarşı neçə futbolçunu oynada bilməyəcəyi açıqlandı

14:30

"Sabah"ın Danimarkaya səfər planı müəyyənləşdi

14:09

ÇL: "Sabah"ın pley-offdakı potensial rəqibi bəlli oldu

13:50

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə səfər matçına nə vaxt yollanacağı bilindi

13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

Facebookdan bizi izləməyi unutmayın.
X