
Azərbaycanın kişilərdən ibarət milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşünü keçirib
Fanat.Az xəbər verir ki, yığma X turda Ermənistan kollektivi ilə qarşılaşıb. Seçməmizin heyətində Şəhriyar Məmmədyarov birinci, Nicat Abasov dördüncü lövhədə rəqiblərinə uduzublar Qədir Hüseynov ikinci, Vasif Durarbəyli isə üçüncü lövhədə heç-heçəyə razılaşıb. Beləliklə, komandamız yekunda 1:3 hesablı məğlubiyyətlə üzləşib.
Şahmatçılarımız ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda, Argentinanı 2,5:0,5, VI turda Slovakiyanı 3:1, VII turda isə İsraili 3:1, VIII turda Qazaxıstanı 2,5:1,5 hesabı ilə üstələyib. IV turda Türkiyə ilə, IX turda Hindistanın ikinci komandaaı ilə heç-heçə edən yığma V turda Kubaya uduzub. Hesabında 14 xal olan kollektivimiz turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
X tur
Azərbaycan – Ermənistan 1:3
Şəhriyar Məmmədyarov – Qabriel Sarkisyan 0:1
Qədir Hüseynov – Hrant Melkumyan 0,5:0,5
Vasif Durarbəyli – Manuel Petrosyan 0,5:0,5
Nicat Abbasov – Robert Hovanisyan 0:1
Məmmədyarov ilə Durarbəyli ağ, Hüseynov və Abasov qara fiqurlarla oynayıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.